RU
16:10
548

"İstənilən halda məşhur atasını öldürən Şövqiyə həbs düşür"

Xəbər verdiyimiz kimi ötən gün məşhur gitarist Nofəl Süleymanov oğlu Şövqi tərəfindən ehtiyyatsızlıqdan qətlə yetirilib.


BiG.AZ-ın əməkdaşı vəkil Mehman Muradlı ilə əlaqə saxlayıb sözügedən hadisədən sonra Şövqiyə həbs cəzası düşüb düşməməsi barədə fikirlərini öyrənib. Vəkil bildirib ki, istənilən halda yaşı nəzərə alınaraq Şövqiyə həbs cəzası düşür:

"İstənilən halda həbs düşür.Sadəcə olaraq hadisədə niyyət olmayıb,ehtiyyatsızlıqdan baş verib.Bu səbəbdən da sanksiyası azdır, ağır cinayət hesab edilmir. Gəncin yaşı məsuliyyət yaradan yaş həddidir. Ailə zəmnində olduğu üçün hadisə qəsdən törədilmədiyi üçün həbs edilməyə bilər. Həbsə düşərsə də alternativ yollarla cəzasının yüngülləşməsi mümkündür. Sadəcə araşdırılmalıdır ki, ov tüfəngi kimin adınadır, sənədi varmı. Əgər atasının adınadırsa ortada onun da məsuliyyət məsələsi var. Uşağın əlinə silah verilib. İstənilən halda araşdırma apardıqdan sonra qərar veriləcək".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ