İstifadəsiz torpaqlar ilə bağlı monitorinqlər davam etdirilir, ancaq bu hələ tam başa çatmayıb.
Rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində iş gedir.
7News.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.
“Burda rəqəmin dəqiqləşdirilməsi əsas deyil, əsas olan görülən tədbirlərdir. Prezidentin tapşırığına əsasən, biz qanunvericiliyə dəyişikliyi hazırladıq. Bu qanunvericilik artıq Milli Məclis tərəfindən qəbul edilib. Yəqin ki, yaxın günlərdə prezident tərəfindən təsdiq olunar”, - deyə nazir qeyd edib.
H.Əsədov bəyan edib ki, artıq məhz istifadəsiz torpaqlara görə vergi ödəniləcək.








