7NEWS.az xəbər verir ki, İsveç NATO-ya üzvlük müraciəti və müdafiə xərclərinin artırılması kimi təşəbbüslər vasitəsilə hərbi potensialını gücləndirmək səylərini davam etdirir. Bu çərçivədə İsveç aprelin 24-də 1989-cu ildən bəri ən böyük hərbi təlimini keçirəcək.
ABŞ, İngiltərə, Finlandiya, Polşa, Norveç, Estoniya, Latviya, Litva, Ukrayna, Danimarka, Avstriya, Almaniya və Fransanın da qatıldığı "Avrora 23" adlı təlimdə təxminən 26 min əsgər iştirak edəcək.
7NEWS.az








