İsveç Xarici İşlər Nazirliyi Qurani-Kərimin məscidin qarşısında yandırılmasını pisləyib və bunu "islamofobiya" kimi qiymətləndirib.
7NEWS.az xəbər verir ki, İsveç hökuməti Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasını pisləyib və bunu "islamofobik" hərəkət kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin bazar günü verdiyi bəyanatda deyilir: "İsveç hökuməti İsveçdəki nümayişlərdə ayrı-ayrı şəxslər tərəfindən törədilən islamofob hərəkətlərin müsəlmanları təhqir edə biləcəyini tam şəkildə bilir. Biz heç bir halda hökumətin fikirlərini əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik".
7NEWS.az








