İsveç hökuməti Türkiyənin tələb etdiyi terror şübhəlisinin ekstradisiyası tələbini rədd edən Ali Məhkəmənin qərarını təsdiqləyib.
7NEWS.az xəbər verir ki, İsveçin rəsmi xəbər agentliyi TT, hökumətin Ali Məhkəmənin qərarını 50 yaşlı terror şübhəlisinin İsveç vətəndaşlığına malik olduğu üçün təsdiqlədiyini bildirib.
Bildirilib ki, bu barədə qərar Nazirlər Kabinetinin həftə ərzində keçirilən iclasında qəbul edilib.
Türkiyənin axtardığı qaçaq şübhəlinin ekstradisiyası tələbi 20 noyabr 2022-ci ildə Ali Məhkəmə tərəfindən rədd edilib.
7NEWS.az








