RU
İsveç kraliçası xəstəxanaya yerləşdirilib
23:40
338

İsveç kraliçası xəstəxanaya yerləşdirilib

İsveç kraliçası Silviya güclü başgicəllənmə ilə əlaqədar özünü pis hiss etdiyinə görə Karolina Universitetinin xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün – dekabrın 23-də baş verib. Həkimlər onu müayinə etmək üçün gecə tibb müəssisəsində saxlayıblar.

"Son məlumata əsasən, kraliça özünü yaxşı hiss edir. Amma ehtiyat tədbiri kimi hələ ki xəstəxanada qalacaq”, - deyə kral sarayının mətbuat katibi Marqarita Turqren bildirib.

Kral ailəsinin bütün üzvləri bu haqda məlumatlandırılıblar./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ