7NEWS.az xəbər verir ki, Rusiya təbii qazını Baltik dənizindən Avropaya daşıyan Şimal axını 1 və 2 boru kəmərləri 2022-ci ilin sentyabr ayında İsveç və Danimarkanın sahil şelflərinə yaxın dörd yerdən sızmağa başlayıb və hadisə dünya gündəmində təxribat kimi qiymətləndirilib. İsveç Baş Prokurorluğu bu gün "təxribat"a əsaslanan istintaqı ilə bağlı verdiyi açıqlamada "İstintaqın nəticəsi budur ki, İsveç yurisdiksiyası etibarlı deyil və buna görə də istintaq bağlanmalıdır"-deyib.
7NEWS.az








