RU
İsveç Ukraynaya əlavə hərbi texnika verə bilər
13:10
456

İsveç Ukraynaya əlavə hərbi texnika verə bilər

İsveçin Baş naziri Maqdalena Andersson Ukraynaya əlavə hərbi texnikanın çatdırılmasını istisna etmir.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, Baş nazir bu barədə Avropa İttifaqı dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindən əvvəl jurnalistlərə bildirib.

"Biz Ukraynanı hər cür dəstəkləməyə davam edəcəyik və əlavə hərbi materialların göndəriləcəyini istisna etmirəm", - Andersson qeyd edib.

İsveç hökuməti bundan əvvəl Ukraynaya 135 min səhra payı, 5 min dəbilqə, 5 min zireh və tank əleyhinə qumbaraatan göndərib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ