RU
İsveç XİN: Madriddə imzaladığımız üçtərəfli sənəddəki öhdəlikləri yerinə yetiririk
18:40
284

İsveç XİN: Madriddə imzaladığımız üçtərəfli sənəddəki öhdəlikləri yerinə yetiririk

"İsveç verdiyi sözü tutur və biz Madriddə imzaladığımız üçtərəfli sənəddəki öhdəliklərimizi yerinə yetiririk”.

7NEWS.Az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bir ay əvvəl İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığımı çatdırıram. Bu, bir daha göstərdi ki, Türkiyə hələ də terrorla mübarizə aparır. Türkiyə və İsveç arasında terrorla mübarizə sahəsində çox vacib əməkdaşlıq mövcuddur.

Türkiyə hökumətinə və xalqına açıq bir mesaj vermək istəyirəm: İsveç verdiyi sözləri tutur. Biz Madriddə NATO sammiti çərçivəsində imzaladığımız üçtərəfli sənəddəki öhdəliklərin yerinə yetirilməsi istiqamətində artıq addımlar atmağa başlamışıq və bu istiqamətdə işləməyə davam edəcəyik. Terrorda şübhəli bilinən şəxslərlə bağlı işləyirik, Ədliyyə nazirliklərimiz arasında bu məsələ ilə bağlı yaxın əməkdaşlıq var.

Gələcək müttəfiqlər də olaraq Türkiyə və İsveçin bir-birini qəbul etməsi və başqa platformalarda da əməkdaşlıq etməsi vacibdir.

Bəzi sahələrdə biz geopolitik müttəfiqlərik”, - isveçli nazir vurğulayıb.

İsveç XİN başçısı deyib ki, ölkəsinin və Finlandiyanın kifayət qədər güclü hərbi sənayesi var və bu iki ölkənin NATO-ya üzvlüyü Alyansın təhlükəsizliyinə töhfə verəcək.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ