İsveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyanın Ukrayna ilə həmsərhəd regionlarına səfər etməməyi tövsiyə edib.
"Təhlükəsizlik ilə bağlı vəziyyətdə baş verən dəyişikliklərlə əlaqədar olaraq Xarici İşlər Nazirliyi 21 fevral 2022-ci il tarixində Rusiyaya şamil edilən tövsiyələri dəyişdirmək qərarına gəlib: Xarici İşlər Nazirliyi Belqorod, Voronej və Rostov vilayətlərinə səfər etməkdən çəkinməyi tövsiyə edir”, - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl "Sveriges Radio” ölkə XİN-inə istinadən İsveçin Kiyevdəki səfirliyin əməkdaşlarının əksəriyyətini geri çağırmaq qərarına gəldiyini və səfirliyi bağlamağı düşündüyünü bildirmişdi./report
7NEWS.Az








