RU
İsveçdə azərbaycanlılar Orduya dəstək aksiyası keçirdi - Video
14:20
385

İsveçdə azərbaycanlılar Orduya dəstək aksiyası keçirdi - Video

Artlq bir neçə gündür Tovuz rayonu ərazisində baş verən hadisələri beynlxalq ictimaiyyətə çatdırmaq üçün iyulun 15-də İsveçin ikinci ən böyük şəhəri olan Yöteborqda Azərbaycanlıların həmrəylik və birlik aksiyası keçirilib. 

 

7News.Az xəbər verir ki, şəhərin mərkəzində baş tutan aksiyada 100-dən artıq azərbaycanlı iştirak edib, şəhidlərin xatirəsini dərin ehtiramla yad edərək, İsveçdə yaşayan azərbaycanlıların səfərbərlik olacağı təqdirdə hər zaman Qarabağ uğrunda savaşa hazır olduqlarını bəyan ediblər.

Daha sonra aksiya Azərbaycanın milli himni və vətənpərvərlik mahnılarının müşayəti ilə 50-dən çox avtomobil karvanının şəhərin mərkəzində hərəkəti ilə tamamlanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ