RU
İsveçdə bir nəfər Rusiyaya işləmək səbəbi ilə saxlanılıb
13:40
84

İsveçdə bir nəfər Rusiyaya işləmək səbəbi ilə saxlanılıb


İsveç prokurorluğu 60 yaşlı kişini "İsveç və xarici ölkələrə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyəti2 həyata keçirməkdə” ittiham edib. İsveç mediası şübhəlinin Rusiya xüsusi xidmət orqanlarında işlədiyini iddia edib.

7NEWS.az xəbər verir ki, həmin şəxsin 22 noyabr 2022-ci ildə Stokholm yaxınlığında saxlanıldığı bildirilir. İstintaq NSA prokurorlarının rəhbərlik etdiyi Təhlükəsizlik Polisi tərəfindən aparılıb. "Aftonbladet” qəzeti "60 yaşlı rus əsilli isveçli”nin son 10 ildə Rusiya xüsusi xidmət orqanlarında çalışdığını yazıb. Şübhəlinin İsveç və ABŞ-ın təhlükəsizliyinə xələl gətirə biləcək "Rusiya üçün texnologiya və elektron komponentlər” aldığı iddia edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ