İsveçin paytaxtı Stokholmdan 200 kilometr məsafədə yerləşən Erebru şəhərində silahlı insident baş verib.
7news.Az xarici KİV-ə istinadən məlumatına görə, naməlum şəxs odlu silahdan insanlara atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə atəş açanlar bir neçə nəfər olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
7news.Az







