İsveçdə yaşayan iraq əsilli şəxs parlament binasına toplaşan izdiham qarşısında etiraz olaraq Qurani-Kərimi yandırıb.
7NEWS.az xəbər verir ki, İsveçdə yaşayan İraq əsilli Salvan Momika parlament binası qarşısında Quranı yandırıb. İsveçdə İslam dininin qadağan edilməsini istəyən Momika bu baş verənə qədər hərəkətlərinə davam edəcəyini bildirib. Geniş polis mühafizəsi altında İsveç parlamentinin qarşısına gələn Momika əvvəlcə kitabın üzərinə basıb, daha sonra İslama qarşı təhqiramiz sözlər söyləyib və sonda ətrafdan gələn reaksiyalara baxmayaraq kitabı yandırıb.
7NEWS.az








