7NEWS.az xəbər verir ki, İsveç Baş Nazirliyinin sosial media hesabından yığıncaqla bağlı edilən şərhdə, "Səmimi qarşıladığınız üçün Rishi Sunak'a təşəkkür edirik! Biz həqiqətən dostuq və NATO müttəfiqi olmağı səbirsizliklə gözləyirik. Böyük Britaniyanın NATO-ya üzvlüyümüzə və qonşularımızın təhlükəsizliyinə verdiyi güclü dəstəyə görə sizə təşəkkür edirik"-deyə bildirilib. Ukraynanı dəstəkləmək, qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq və ümumi müdafiəni gücləndirmək üçün birlikdə çalışaraq, Baş nazir İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə tam dəstəyini vurğulayıb.
7NEWS.az








