İsveçin Malmö şəhərində naməlum şəxs həmkarlar ittifaqının binasına atəş açıb.
Bu barədə "Aftonbladet” polisə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı binada təxminən 100 nəfər olub. Ərazidə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları işləyir.
"Sydsvenskan” isə hadisə ilə bağlı hələlik heç kimin saxlanılmadığını bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir./oxu
7news.Az








