RU
İsveçli Aİ diplomatı İranda 500 gün həbs edilib
16:00
155

İsveçli Aİ diplomatı İranda 500 gün həbs edilib


Avropa İttifaqı (Aİ) İsveçin Aİ Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderusun İranda 500 gün həbsdə saxlandığını bildirib.

7NEWS.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İspaniyanın Kadiz şəhərində keçirilən Aİ İnkişaf Nazirləri Toplantısı öncəsi mövzu ilə bağlı açıqlama verib. Borrell, Floderus azad edilənə qədər məsələni izləyəcəklərini bildirdi.

İran 2022-ci ilin iyulunda Floderusun adını çəkmədən bir İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlamışdı.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ