İlkin olaraq 5,3 mln. dollar investisiya qoyuluşu nəzərdə tutulur.
İsveçrənin “SİKA” şirkəti Sumkqayıt Kimya Sənaye Parkında rezident statusu almaq istəyir. Şirkət tikinti qarışıqları istehsal edəcək. İlkin olaraq 5,3 mln. dollar investisiya qoyuluşu nəzərdə tutulur.
7news.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında məlumat verilib.
Bundan başqa, İsveçrənin “ABB Global Marketing FZ-LLC” şirkəti Azərbaycnda istehsalat sahəsi qurmaq niyyətindədir. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır.
7news.Az








