RU
İsveçrədə 14 yeniyetməni futbol meydançasında ildırım vurdu
13:41
200

İsveçrədə 14 yeniyetməni futbol meydançasında ildırım vurdu

İsveçrədə futbol oynayan 14 yeniyetmə ildırım vurması nəticəsində xəsarət alıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Sankt-Qallen bölgəsinin polis idarəsi məlumat yayıb.


"Əldə etdiyimiz son məlumata görə, ildırım işıq dirəyini vurub və gərginlik yerə keçərək meydançaya yayılıb”, - polis idarəsinin məlumatında qeyd olunub.

Zərərçəkənlərin hamısı 15-16 yaşlı yeniyetmələrdir.

Prokurorluq insidentin təfərrüatını araşdırır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ