RU
İsveçrədə nəhəng dinozavr skeleti hərraca çıxarılacaq
10:13
48

İsveçrədə nəhəng dinozavr skeleti hərraca çıxarılacaq


7NEWS.az xəbər verir ki, ABŞ-dan İsveçrənin Sürix şəhərinə 9 böyük qutuda gətirilən "Trinity” adlı dinozavr skeleti "Tonhalle Zürich” konsert salonunda sərgilənməyə başlayıb. 3,9 metr uzunluğundakı skelet qırmızı xalçanın üzərinə qoyularaq ictimaiyyətin istifadəsinə verilib. Aprelin 18-də Koller hərrac evində hərraca çıxarılacaq nəhəng dinozavr skeletinin 5-8 milyon İsveçrə frankı arasında satılacağı gözlənilir. Dinozavr skeleti 2008-2013-cü illər arasında Montana və Vayominq ştatlarında qazılmış üç dinozavrın sümüklərindən ibarətdir. Satışın baş tutacağı hərrac evinin sahibi Siril Koller "Bu skelet 3 dinozavrdan ibarət olduğu üçün Trinity adlanır” deyib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ