7NEWS.az xəbər verir ki, İsveçrənin Aarqau kantonunda yerləşən Nussbaumen şəhərindəki binanın qarajında axşam saatlarında partlayış baş verib, daha sonra yanğın başlayıb. Bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib. Bina sakinləri təxliyə edilərkən böyük təşviş yaşanıb. Yanğın sürətlə digər mərtəbələrə də keçib. Polisin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
7NEWS.az








