RU
İsveçrədə sürəti saatda 217 kilometrə çatan qasırğa nəticəsində bir nəfər ölüb
14:54
25

İsveçrədə sürəti saatda 217 kilometrə çatan qasırğa nəticəsində bir nəfər ölüb


İsveçrənin Fransa sərhədindəki La Chaux-de-Fonds bölgəsində şiddətli fırtına və əlverişsiz hava şəraiti səbəbindən bir nəfər ölüb, çoxlu sayda yaralı var.

7NEWS.az xəbər verir ki, İsveçrənin Neuchatel Kantonunun La Chaux-de-Fonds bölgəsindəki əlverişsiz hava şəraiti ilə bağlı açıqlama verən polis, şiddətli fırtına nəticəsində bir nəfərin öldüyünü bildirib. Çox sayda vətəndaşın xəsarət aldığını qeyd edən polis, fırtınanın ciddi maddi ziyana səbəb olduğunu, evlərin dam örtüyünün uçduğunu, nəqliyyat vasitələrinin sıradan çıxdığını, magistral yolda çoxlu sayda avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ