İsveçrədə təyyarə hava limanında qəzaya düşüb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Basel şəhərindəki Freyburq aeroportunda baş verib. Kiçik təyyarənin qəzaya düşməsi nəticəsində 1 nəfər ölüb. Lakin onun pilot və ya sərnişin olması barədə məlumat verilmir.








