RU
İt altı nəfərin ölümünə səbəb oldu
12:27
1323

İt altı nəfərin ölümünə səbəb oldu

Ötən gecə Türkiyənin Van vilayətində dəhşətli yol qəzası baş verib.

Erciş qəsəbəsində 34 yaşlı Mehmet Salih Korkmazın idarə etdiyi kiçiktutumlu yük avtomobilinin qarşısına it çıxıb və sürücü manevr edərək heyvanı vurmaqdan yayınmaq istəyib. Nəticədə avtomobil aşıb.

Sürücü ilə yanaşı, 5 yaşlı İbrahim, 3 yaşlı Esmanur, 1 yaşlı Evin Çevik, 17 yaşlı Mahmut Oral və 23 yaşlı Dilek Korkmaz həyatını itirib.

Daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ