Sosial şəbəkələrdə it balasına işgəncə ilə bağlı yayılan video heyvansevərləri qəzəbləndirib.
7news.Az xarici mətbuata istinadla xəbər verir ki, kadrlar Birləşmiş Krallığın Somerset qraflığında çəkilib.
Videoda yataq otağında olan qızın it balasını dəfələrlə divara çırpması əks olunub.
Videolar yayıldıqdan sonra Heyvanları Qoruma Dərnəyi məsələ ilə bağlı araşdırmalara başlayıb.











