Evin qapısını açanda şoka düşdük. Hər tərəf qan idi. Döşəmə, divarlar, qapılar, pilləkən...
ABŞ-ın Virciniya ştatındakı Riçmond şəhərində yaşayan Tristan Murrin belə deyir.
O, anası ilə birlikdə evə qayıdanda alman çoban iti cinsindən olane Odenin bərkdən hürdüyünü eşidiblər.
Qapını açanda isə Tristan heyrətlənib.
Sən demə, evə oğru giribmiş. Oden isə oğrunu faktiki olaraq, parçalayıb.
Polisdən verilən məlumata görə, çox ağır xəsarət almış oğru evdən qaçsa da, onun ciddi tibbi yardıma ehtiyac duyduğu vurğulanır.
"Oden çox sakit, mehriban itdir. Qızımla bahəm, qonşuların uşaqları da onunla oynamağı çox sevirlər. Oden indiyədək heç kimi dişləməyib. Amma onun oğruya divan tutması, açığı, mənə ləzzət verir", - Tristan söyləyib./milli
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










