RU
İt qadını dişləyib küçə ilə SÜRÜDÜ - VİDEO
17:00
450

İt qadını dişləyib küçə ilə SÜRÜDÜ - VİDEO

Tbilisidə Pit Bull cinsli it 67 yaşlı qadına hücum edib.

7News.Az xəbər verir ki, hadisə dünən Cinamdzişvili küçəsində baş verib.

Hadisədən sonra qadın dərhal xəstəxanaya qaldırılıb, onun vəziyyəti ağırdır.

Klinikanın direktoru Levan Ratianinin sözlərinə görə, bu mərhələdə xəstənin həyatı təhlükə altında deyil, lakin o, süni nəfəs aparatına qoşulub.

"Qadının vəziyyəti ağırdır, o süni nəfəs vermə aparatına qoşulub. Hemodinamika sabit hala gətirilib, protokolda göstərilən bütün tədbirləri alıraq. Hal-hazırda qoruyucu narkoz altındadır. Bu mərhələdə onun həyatı üçün təhlükə yoxdur", - klininkanın direktoru bildirib.

Daxili İşlər Nazirliyi faktla bağlı istintaq başladıb. Hadisənin video kadırlarını aşağıda təqdim edirik.


Xahiş edirik azyaşlılar izləməkdən çəkinsin (18+) / "24News"



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ