
7News.Az-ın verdiyi xəbərə görə, onun hekayəsini "The Mirror" oxuculara təqdim edib.

Faciə uşaq bir il doqquz aylıq olanda baş verib.

Hücum nəticəsində oğlan bütün sağ yanağını, aşağı göz qapağını, dodaqlarının 75 faizini itirib, dişləri və qolu qırılıb, sağ ağciyəri deşilib.

Həkimlər oğlanın anası Brittaniyə uşağın ölə biləcəyini deyirdilər, lakin o, ölmədi, ömürlük şikəst qaldı.

Rayder 50 plastik əməliyyat keçirib. Uşaq bağçasında oğlan yenidən yemək və içməyi öyrənməli olub.
Belə dəhşətli travmalarla sağ qalmasını həkimlər möcüzə adlandırırlar.
Lakin yoldan keçən qəddar insanlar çox vaxt ona xoşagəlməz sözlər atır, digər uşaqlar isə ona "div" deyirlər. Bəzən uşaq başqalarının onun üzünü görməməsi üçün eynək və papaq taxıb başını aşağı salır.

Bunlar azmış kimi, Rayder böyüyənə qədər hələ bir çox əməliyyatdan keçməlidir: bura burun və dişlərin bərpası üçün edilən əməliyyatlar da daxildir.
Brittani oğlunun heç vaxt hamı kimi görünməyəcəyini və bir çox çətinliklərlə üzləşəcəyini ürək ağrısıyla dərk edir, lakin hər gün ona hər kəsin özünə görə gözəl olduğunu və başqalarından fərqli olmağın normal olduğunu xatırladır.

Bütün bunlara baxmayaraq, Rayderə dəstək olan dostlarının varlığı sevindirir.
7News.Az








