Albaniya İtaliya sahillərinə çatan minlərlə miqrantdan bəzilərini sığınacaq iddiaları qiymətləndirilərkən müvəqqəti sığınacaqla təmin etməyə razılaşıb. İtaliyanın baş naziri razılaşmanın müqabilində Albaniyanın Aİ-yə daxil olması üçün əlindən gələni edəcəyini bildirib.
7NEWS.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinə immiqrasiya axınının qarşısını almaq üçün Albaniyanın baş naziri Edi Rama ilə anlaşma memorandumu imzalayıb. Müvafiq olaraq, Albaniya İtaliya sahillərinə çatan minlərlə miqrantdan bəzilərini müvəqqəti sığınacaqla təmin edəcək və onların sığınacaq tələbləri qiymətləndiriləcək. Bu çərçivədə 3 min tutumlu mərkəzlər qurulacaq.
7NEWS.az








