RU
İtaliya F-35-ləri almaqdan imtina etdi
13:20
456

İtaliya F-35-ləri almaqdan imtina etdi

İtaliya F-35 qırıcılarını almaqdan imtina edib. 

7news.Az xəbər verir ki, bununla bağlı "La7” telekanalına açıqlamasında ölkənin müdafiə naziri Elizabetta Trenta məlumat verib. 

"Biz daha F-35 almayacağıq. Bizim qərarımız cərimələrə səbəb olacaq, ona görə hazırkı müqavilə ilə bağlı müzakirələrimizi davam etdiririk”, - o deyib. 

İtaliya Milanın yaxınlığındakı Kameri aviabazasında amerikalı F-35-lərin hazırlanması ilə məşğuldur. Roma bunun üçün 2,5 milyard avro sərf edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ