İtaliya kubokunun finalçıları: “Yuventus” – “Milan”
İtaliya kubokunda ikinci finalçının da adı bəlli olub.
7News.az-ın məlumatına görə, bu, "Milan”dır.
Cennaro Qattuzonun komandası yarımfinalın cavab oyununda "Latsio” ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilərdə isə "qırmızı-qaralar” üstün olub – 5:4.
Qeyd edək ki, "Milan” finalda "Yuventus”la qarşılaşacaq. Əzəli rəqiblərin görüşü mayın 9-da keçiriləcək.