İtaliyanın Lampeduza adası yaxınlığında iki miqrant qayığının batması nəticəsində 2 nəfər ölüb, 31 nəfər itkin düşüb.
7NEWS.az xəbər verir ki, Aralıq dənizində qeyri-qanuni mühacirlərin dramı davam edir. İtaliyanın Lampeduza adası açıqlarında biri 48, 42 nəfərin olduğu miqrant qayığının batması nəticəsində 2 nəfər həyatını itirib, 31 nəfər isə itkin düşüb.
Səlahiyyətlilər 57 nəfərin xilas edildiyini açıqlayıb. İtaliya mətbuatı həyatını itirən mühacirlərin Fil Dişi Sahili vətəndaşı olan ana və 1 yaşlı uşaq olduğunu bildirib.
7NEWS.az








