RU
İtaliya sahillərində 3 gün ərzində 1400 miqrant xilas edilib
12:52
24

İtaliya sahillərində 3 gün ərzində 1400 miqrant xilas edilib


İtaliya sahillərində həftənin əvvəlindən həyata keçirilən əməliyyatlarda 1400 miqrantın xilas edildiyi bildirilib.

7NEWS.az xəbər verir ki, İtaliya rəsmilərinin açıqlamasına görə, Avropa İttifaqı Sərhəd və Sahil Mühafizə Agentliyinə (Frontex) bağlı bir müşahidə təyyarəsi 590 immiqrantı daşıyan qayığın görünməsinin ardından xilasetmə əməliyyatına başlayıb. Sahil təhlükəsizlik qrupları çərşənbə axşamı təhlükə altında olan yelkənli qayıqdan xilas edilən ikisi uşaq da daxil olmaqla 47 immiqrantın sağlamlıq vəziyyətlərinə görə təcili müdaxilə edildiyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ