RU
İtaliya və Azərbaycan musiqi mədəniyyəti vəhdəti Bakıda
15:15
824

İtaliya və Azərbaycan musiqi mədəniyyəti vəhdəti Bakıda

Espressione D`Arte Assosasiyası (İtaliya), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Luigi Cherubini Konservatoriyasının (İtaliya, Florensiya) birgə əməkdaşlıq layihəsi çərçivəsində 27 oktyabr saat 1800 tarixlərində BMA-nın böyük zalında konsert keçiriləcəkdir.

İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlmişdir.

Tədbirdə solistlər: Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və AR xalq artisti, professor Yeganə Axundova (piano) iştirak edəcəklər.

Proqramda - F.P.Tosti, B.Bartok, F.List, C.Hacıyev, Ü.Hacıbəylinin əsərləri səslənəcəkdir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ