RU
İtaliyada 4,4 maqnitudalı zəlzələ olub
19:12
40

İtaliyada 4,4 maqnitudalı zəlzələ olub

İtaliya sahillərində 4,4 maqnitudalı zəlzələ baş verib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin episentri təxminən 974 min nəfərin yaşadığı Neapoldan 12 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ