RU
İtaliyada daşqın nəticəsində ölənlərin sayı 15-ə çatıb
12:54
29

İtaliyada daşqın nəticəsində ölənlərin sayı 15-ə çatıb


Ötən həftə İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlar nəticəsində baş verən sel fəlakətində itkin düşən şəxsin cəsədi tapıldıqdan sonra ölənlərin sayı 15-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, keçən həftə bölgədə daşqınların ən çox zərər çəkdiyi yerlərdən biri olan Luqoda itkin düşmüş bir adamın cansız cəsədi tapılıb. Bildirilib ki, mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədi İtaliya Jandarma qrupları tərəfindən tapılıb. Buna görə fəlakətdə həyatını itirənlərin sayı 15-ə yüksəlib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ