Toskana Regional Rəhbərliyi Başçısı Eugenio Giani, bölgədə şiddətli yağış və sel səbəbiylə can itkisinin 5-ə yüksəldiyini açıqladı.
7NEWS.az xəbər verir ki, bu səhər İtaliyanın "Rai News" xəbər kanalına verdiyi açıqlamada Toskana Regional Hökumətinin sədri Eugenio Giani, Toskanada ölənlərin sayının daha əvvəl elan edilən üçdən beşə yüksəldiyini bildirdi. Ciaran fırtınasının gətirdiyi yağışlar gecə boyu davam edərkən, Toskanada bir çox avtomobili sel suları aparıb və bölgədəki körpülər zədələnib.
7NEWS.az








