7NEWS.az xəbər verir ki, İtaliyada son həftələrdə yüksək temperaturdan 4 nəfərin öldüyü bildirilib. İtaliyanın Rainews24 kanalının xəbərində, Afrikadan qaynaqlanan və keçən həftədən etibarən təsirli olan həddindən artıq istilərin insan tələfatına səbəb olduğu bildirilib. Ölkənin cənub-şərqindəki Puglia bölgəsində 3, paytaxt Romada isə 1 nəfərin öldüyü qeyd edilib. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında olduğu bildirilib.
7NEWS.az








