“Plüralistik cəmiyyət mümkün qədər geniş olmalıdır”.
Milanın təhsil müəssisələrində islam bayramlarını qeyd etmək lazımdır. Bu təklif ilə arxiyepiskop Ancelo Skola çıxş edib.
Milan məktəblərində təhsil alan şagirdlərin ən azı 20 faizi xarici şagirdlərdir. Bununla da əlaqədar digər etnosa mənsub olan şagirdlərin italyan cəmiyyətinə inteqrasiyası istiqamətində daha geniş siyasət aparmaq lazımdır.
“Plüralistik cəmiyyət mümkün qədər geniş olmalıdır, - Skola bəyan edib. – Bu cəmiyyətdə insanlar arasında kommunikasıyanı pozmadan müəyyən simvollardan imtina etmək olmaz”.
Arxiyepiskop hesab edir ki, əgər müsəlman uşaqların sayı artarsa, hakimiyyət bəzi bayramları qəbul etməli və onları İtaliyanın həyatına daxil etməlidir./oxu
7news.az








