7NEWS.az xəbər verir ki, İtaliyada turist paytaxt Romanın görməli yerlərindən biri olan Kolizeydə açarla özünün və sevgilisinin adını həkk edərkən yaxalanıb. Turistin hər il milyonlarla yerli və xarici qonaq qəbul edən binanın divarına "İvan + Hayley 23" yazması anlar başqa bir turist tərəfindən lentə alınıb. İtaliyanın mədəniyyət naziri Gennaro Sanqiuliano hadisənin görüntüləri ortaya çıxandan sonra səlahiyyətliləri turisti həbs etməyə çağırıb.
7NEWS.az








