7NEWS.az xəbər verir ki, Avropada həddindən artıq istilərdən sonra başlayan meşə yanğınları İtaliyanı da vurub. Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib. Alovun Falcone Borsellino hava limanına yaxınlaşması səbəbindən uçuşlar yerli vaxtla saat 11:00-a qədər dayandırılıb.
7NEWS.az








