7NEWS.az xəbər verir ki, Yanğın ölkənin Milan şəhərində Via dei Cinquecento küçəsində yerləşən qocalar evində baş verib. İtaliya yanğınsöndürmə idarəsindən verilən açıqlamada yerli vaxtla saat 01:20-də baş verən yanğına müdaxilə edən yanğınsöndürmə briqadasının binanın boşaldıldığı, 6 nəfərin öldüyü, çoxlu sayda yaralının xəstəxanaya aparıldığı bildirilib. Yerli media yaralıların sayının 81 olduğunu yazıb. Yanğının başvermə səbəbləri araşdırılır.
7NEWS.az








