7NEWS.az xəbər verir ki, İtaliyada boş və xaraba şəhərləri canlandırmaq üçün müxtəlif həllər, o cümlədən mülklərin 3 avrodan aşağı qiymətə satılması diqqəti cəlb edir. Euronews-da yer alan xəbərə görə, Toskana bölgəsindəki səlahiyyətlilər, əhalisi azalan dağ şəhərlərinə köçəcək insanlara 10 min ilə 30 min avro arasında pul ödəyəcəklərini açıqlayıb. Ancaq bu ev Toskanada əhalisi 5 mindən az olan dağ şəhərciyində olmalıdır.
7NEWS.az








