RU
İtaliyada tarixi binaya adını yazan turist axtarılır
14:34
23

İtaliyada tarixi binaya adını yazan turist axtarılır


İtaliyada polis məşhur tarixi bina Kolizeydə özünün və sevgilisinin adını həkk edən turisti tapmaq üçün axtarışlara başlayıb. 

7NEWS.az xəbər verir ki, İtaliyada turist paytaxt Romanın görməli yerlərindən biri olan Kolizeydə açarla özünün və sevgilisinin adını həkk edərkən yaxalanıb. Hər il milyonlarla yerli və xarici ziyarətçini qəbul edən binanın divarına turistin "İvan + Hayley 23" yazması anlar başqa bir turist tərəfindən lentə alınıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ