RU
İtaliyada tibb bacısı 13 xəstəni öldürüb
20:55
880

İtaliyada tibb bacısı 13 xəstəni öldürüb

Polis onun fəaliyyətini bir neçə həftə nəzarətdə saxlayıb.

İtaliyada 13 xəstənin ölümündə şübhəli bilinən tibb bacısı həbs olunub.

55 yaşlı Fausta Bonino Pombino şəhərindəki xəstəxanada anesteziologiya və reanimatologiya bölmələrində çalışırdı.

61-88 yaş aralarında olan xəstələr 2014-2015-ci illər ərzində tibb bacısının onlara verdiyi dərman preparatından ölüblər. Bəzi məlumatlara görə, söhbət xəstələrdə güclü qanaxma yaradan antikoaqulyantlar gedir.

Polis bir neçə həftə tibb bacısının fəaliyyətini nəzarətdə saxlayıb. Hüquq-mühafizə orqanlarının kiçik bir xəstəxanda ölüm saylarının çox olması cəlb edib.

Araşdırmalar zamanı məlum olub ki, Bonino ölən xəstələrin hamısı ilə əlaqədə olub./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ