İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən aktivləşərək lava və kül püskürüb.
7NEWS.az xəbər verir ki, Siciliya adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Etna dünən axşam saatlarında yenidən aktivləşib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) verilən açıqlamaya görə, Avropanın ən yüksək vulkanı Etnanın Vorajin kraterində 4 ildən sonra ilk dəfə partlayış baş verib.
7NEWS.az








