“Avro-2016”nın qrup mərhələsində I turun oyunları davam edir.
7News.az-ın məlumatına görə, E qrupunun oyunları keçirilib.
Günün ilk matçı "Stad de France"da oynanılıb. Burada İrlandiya və İsveç milliləri üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1.
Digər qarşılaşmada isə İtaliya və Belçika yığmaları münasibətlərinə aydınlıq gətirib. Lion şəhərində keçirilən görüş italyanların qələbəsi ilə başa çatıb - 2:0.
13 iyun
E qrupu
20:00. İrlandiya - İsveç - 1:1
Qollar: Uesli Holahan, 48 (1:0), Kiran Klark, 71-avtoqol (1:1)
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Sent-Deni. "Stad de France"
23:00. Belçika - İtaliya - 0:2
Qol: Emanuele Giaçerini, 32, Pelle, 90+3.
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. "Stade de Lion"
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İtaliya | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
| 2 | İsveç | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 3 | İrlandiya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 4 | Belçika | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
"Avro-2016"nın E qrupunda keçirilən Belçika - İtaliya oyunundan (0:2) hazırlanmış videogörüntünü təqdim edirik.








