Milan dünyanın moda paytaxtı titulunu özündə səylər olmadan saxlayır.
İtaliyada təhsil almağa gələn gənc stomatoloq Ancelo yerli qadınların geyim tərzindən vəcdə gələrək onların şəkillərini çəkməyə qərar verib. Daha sonra o, instaqramda səhifə açıb və səhifədə yaşlı xanımların gündəlik obrazlarını paylaşmağa başlayıb. Səhifənin 120 000-dən artıq abunəçisi var.
Tələbə bildirib ki, səhifəni sosial şəbəkədə məşhur olmaq üçün açmayıb. Ancela hesab edir ki, sadəcə italyan qadınları ləyaqətlə yaşlanmağı bacarır. Ümumiyyətlə, dəbdəbəli həyata, incəsənətə və gözəl geyim-kecimə məhəbbət italyan qadınların qanında var. 70-80 yaşında da baxımlı görünən italyan qadınlara həsəd aparmamaq mümkün deyil.
İtaliya uzunömürlülər diyarıdır ki, burada orta ömür müddəti 80-90 il təşkil edir. İtalyanların təqaüdə 66 yaşında çıxdığını nəzərə alsaq, onların kifayət qədər vaxtı var ki, həyatlarını doya-doya yaşasınlar.
Odur ki, İtaliyada adi mağazaya düşəndə belə sanki podiumda gəzirmiş geyinən qadınlar görmək təəccüblü deyil. Çətin ki, başqa bir şəhərdə qadınların yüksək modaya olan sonsuz ehtirasını görə bilərsiniz.
Şəkillər göstərir ki, dünyada 60-dan sonra həyat var, özü də necə... Azərbaycanda isə təqaüdə çıxmaq barədə düşünmək belə dəhşətlidir. Amma biz yaxşı olacağına, xanımların istənilən yaşda baxımlı görünəcəyinə ümid edirik.
7News.Az












