RU
İtən neftçiləri 11 helikopter axtarır
10:05
380

İtən neftçiləri 11 helikopter axtarır

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin genişmiqyaslı axtarışlarına başlanılıb. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, Dövlət Sərhəd Xidmətinin (DSX) isə 5 gəmisi axtarışa başlayıb.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) 9 helikopteri bu gün səhər saatlarından axtarışları davam etdirir. 

Axtarışlar hələlik heç bir nəticə verməyib. 

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular dənizdə quraşdırılır və hazırlıq işləri davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. 

Hazırda 23 nəfərin axtarışı davam etdirilir. /azvision

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ