“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar axtarışlar müvəqqəti dayandırılıb. Belə ki, hazırda həmin ərazidə dalğanın hündürlüyü 8-10 metrə çatır.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.
Hazırda 23 nəfərin axtarışı davam etdirilir./azvision
7news.az








